ATƏT-in Minsk qrup həmsədrləri Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşün yekunlarına dair bəyanat yayıblar.
Unikal.org-un məlumatına görə, bəyanatda bildirilir ki, görüşdə sülh prosesinin irəli aparılmasının mümkün variantları müzakirə edilib.
ATƏT-in şəxsi nümayəndəsi Anjey Kaspşik görüş iştirakçılarına təmas xəttindəki vəziyyət barədə məlumat verib. Nazir E. Məmmədyarov isə Azərbaycanın aktiv danışıqlara hazır olduğunu bildirib.
Həmsədrlər Ermənistanın yeni rəhbərliyi ilə iyunda görüşəcəklərini bildiriblər.