Mingəçevirdə külli miqdarda ziyan vurmaqla soyğunçuluq etmiş şəxslərdən daha biri tutulub.
Unikal.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Mingəçevir ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da Mingəçevir şəhərindəki şirkətlərin birində hasilatçı (ekspeditor) vəzifəsində çalışan E.Abdullayevi evinin girişində fənərə oxşar alətlə vuraraq şirkətə məxsus içərisində 70.000 manat olan çantanı əlindən almaqda şübhəli bilinən qrupun digər üzvü - Mingəçevir şəhər sakini Yaşar Kərimov da saxlanılıb.
Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.
Qeyd edək ki, zərərçəkən iri şirkətlərdən birinin regional şöbəsinin işçisidir.