İnsan alverində təqsirləndirilən 41 yaşlı Aynur Məmmədovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, , Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Məmmədovaya şərti cəza verilib.

İttiham aktına əsasən, A.Məmmədova 2016-2017-ci illər ərzində Azərbaycandan Türkiyəyə istirahətə yollanan Nərminə Qasımova, Adilə Zeynalova, onun bacısı Xatirə Zeynalova, Arzu Məmmədova və Gülnarə Qasımovanı (ad və soyadlar şərti) İğdır şəhərində yerləşən "Göy qurşağı istirahət mərkəzində müxtəlif kişi müştəriləri ilə görüşdürərək fahişəliyə cəlb edib.

Törətdiyi cinayət əməlinə görə A.Məmmədovaya Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri) və 243-cü (fahişəliyə cəlb etmə) maddələri üzrə ittiham irəli sürülüb. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs qismində dindirilən A.Məmmədova ifadəsində yüngül həyat tərzi sürən qadınlarla əlaqə saxlamadığını, maddi ehtiyaclarını ödəmək üçün Türkiyənin İğdır şəhərində yerləşən "Göy qurşağı istirahət mərkəzində qabyuyan işlədiyini deyib: "Bir müddət həmin istirahət mərkəzində özüm də fahişəliklə məşğul olmuşam. Nərminə Qasımovanı "Göy qurşağından tanımışam. Yüngül həyat sürən qadınların hamısı bir hoteldə qalırdılar, mən fahişəliyə cəlb etməmişəm. Adilə də Nərminə kimi bu hotelə eyni məqsədlə gəlmişdi. Həmçinin, Adilənin bacısını da əxlaqsızlıq etməyə məcbur etməmişəm. Onlar hamısı bir müddət gəlib fahişəliklə məşğul olur, sonra çıxıb gedirdilər. Iğdırda hamı mənə "Səma deyə müraciət edirdi.