Vidadi İsayevlə Nizami Sadıqovun "kasıblaması"
12:40 25-08-2012
CƏMİYYƏT
Vidadi İsayevlə Nizami Sadıqovun "kasıblaması"
İki rayonun icra başçısında 4 min manat yoxdur?
Dünən sosial şəbəkələrdə İlhamiz Süleymanov adlı məcburi köçkünün videosu yayılıb. Həmin videonu həyəcansız, ürəkağrısız, vicdanı sızlamadan izləmək mümkün deyil.
Məsələ burasındadır ki, Bərdə rayonunda məcburi köçkün kimi məskunlaşmış Ağdam sakini İlhamiz Süleymanov ağır durumda yaşasa da, aidiyyəti qurumları ona heç bir qayğı göstərmir. Bərdədəki Bərdədəki fəal vətəndaşların dediyinə görə, 1975-ci ildə Ağdam rayonunun Sayvalı kəndində anadan olan İ. Süleymanov 1993-cü ildə Ağdam rayonunun işğal olunması ilə əlaqədar məcburi köçkün kimi Bərdə rayonuna gəlib və istifadəyə yararsız, insan həyatı üçün təhlükəli olan, minimum yaşayış şəraiti olmayan taxta vaqonların birində məskunlaşıb: "2007-ci ildən onun boyun nahiyyəsində yaranan şişdən əziyyət çəkir. Vəziyyəti get-gedə ağırlaşır, yerişində və görməyində çox ciddi problemlər var. Yeriyəndə müvazinətini itirir, çəlik də artıq ona kömək olmur. Gözləri yaxşı görmür. Maddi durumu çox ağırdır. Heç kimi yoxdur. Xeyirxah bir şəxsin sahəsində 6 aydır ki, 2-ci qrup əlil olaraq, 40 manat pensiya alır".
Məlumatda bildirilir ki, Bərdə rayonunun bir qrup gənclərinin köməkliyi ilə İ. Süleymanovun vəziyyəti haqda dəfələrlə yüksək dövlət qurumlarına, o cümlədən, Səhiyyə Nazirliyinə, Bərdə Rayon İcra Hakimiyyətinə, Ağdam Rayon İcra Hakimiyyətinə, Ombudsman Aparatına məktub və email vasitəsi ilə müraciət edilsə də, heç bir nəticəsi olmayıb.
Halbuki İ. Süleymanov səhhətindəki problemlərlə bağlı əməliyyat olunmalıdır. Onun əməliyyat olunması üçünsə cəmi 4000 manat pul lazımdır.
Qeyd edək ki, sosial şəbəkədə yayılan videoda İlhamiz Quliyevin nə qədər dəhşətli, acınacaqlı durumda yaşadığını göstərən kadrları, onun xəstə vəziyyətini göz önünə sərən epizodları bütün əlaqədar qurum və onların rəhbərlərinin izləməsini istəyirik. Elə məcburi köçkünün məskunlaşdığı Bərdənin icra başçısı Vidadi İsayevlə onun köçkün düşdüyü Ağdamın icra başçısı Nizami Sadıqovun da. Doğrudanmı, bu iki rayon rəhbəri üçün hansısa imkanlar hesabına 4 min manat düzəltmək və xəstə məcburi köçkünün əməliyyat etdirilməsinə nail olmaq bu qədər çətindir? Olmazmı, rayon rəhbərləri bu problemi elə aşağılardaca həll etsinlər ki, o böyüyüb ölkə miqyasına çıxmasın, yuxarılaradək gedib çatmasın?
Əlbəttə, biz öyrəşmişik yerli icra hakimiyyətit rəhbərlərinin belə situasiyalarda bir qayda olaraq, imkanlarının çatmamasından gileylənməsinə. Amma ona da öyrəşmişik ki, hardasa bir icra başçısı "vurulur", bağ evindən ətək-ətək qızıl çıxır, hardasa bir icra başçısına qarşı üsyan qalxır, yandırılan, daş-qalaq edilən mülklərinin sayı-hesabı bilinmir, hardasa bir icra başçısı dəyişdirilir, yerinə gələn onun saysız-hesabsız obyektlərinə "əl qoyur".
Odur ki, Bərdə ilə Ağdamın icra başçılarının bir ağır məcburi köçkün xəstəni əməliyyapt etdirmək üçün 4 min manat tapmayacaq qədər "kasıblamasına" bizi heç kim inandıra bilməz, o ki qaldı bunun üçün onlarda ən azı humanizmin nə qədər olduğuna... bax bunu, deyə bilmərik.
Azər Aslan
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22