İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun İvanovka kənd sakini, 1990-cı il təvəllüdlü Minikov Sergey İvanoviç yaşadığı evin həyətindəki ağacdan özünü kəndirlə asaraq intihar edib.

Evli olan Sergey Minikovun özünə qəsd etməsinin səbəbi məlum deyil. Onun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.