Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Əsgərovun barəsində həbs qətimkan tədbiri seçilib.
Unikal.org xəbər verir ki, bu haqda musavat.com-a daxil olan məlumatı sabiq nazirin vəkili Vüqar Xasayev təsdiqləyib. Vəkil deyib ki, mayın 14-də Naxçıvan Prokurorluğuna çağırılan V.Əsgərova deyiblər ki, barəsində cinayət təqibini dayandırmaq niyyətindədirlər..

V.Xasayev deyib ki, baş verənlərlə bağlı ombudsmana, Baş Prokurorluğun qaynar xəttinə məlumat verməklə V.Əsgərovun həyatının təhlükədə olduğunu deyib.

V.Əsgərov tutuğu postdan uzaqlaşdırlandan sonra ona vəzifə səlahiyyətlərini aşma və digər maddələrlə ittiham elan olunub.