Yevlaxda yük maşını idarəetmədən çıxaraq aşıb.
"Unikal"ın məlumatına görə, hadisə Xaldan-Mingəçevir şossesində, Əkşəm kəndi yaxınlığında baş verib. Şirkətlərdən birinə məxsus kiçik tutumlu yük maşını idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb və onu aşırıb.
Qəzadan sürücü yüngül xəsarətlə qurtulsa da, işıq təsərrüfatına və avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov