"Plastik əməliyyatları, vücudun korreksiyasını pis saymıram. Əksinə, bütün qadınlara kosmetik cərrahiyyəni məsləhət bilirəm".
"Latina Barbi" kimi tanınan Aleyra Avendanyonun dediyinə görə, ilk plastik cərrahiyyə əməliyyatına 9 il əvvəl məruz qalıb və o vaxtdan bəri dəfələrlə əməliyyat olunub.
Unikal.org milli.az-a istinadən bildirir ki, Venesuelada yaşayan model, 27 yaşlı Aleyranın dediyinə görə, 18 yaşı olanda plastik cərrahiyyə əməliyyatı vasitəsilə sinəsinin ölçülərini artırıb.
Sonra isə 25 plastik cərrahiyyə əməliyyatından keçib.
"Dünya şou-biznesinin ulduzlarından geri qalmıram. Əksinə, onların çoxundan gözələm. 16 yaşım olanda bütün qızlar kimiydim. Yəni adi bir insan. 20 yaşımda plastik cərrahiyyə əməliyyatları sayəsində gözəlləşdim. İndisə lap gözələm" deyən Aleyra İnstagram-dakı profilində keçirdiyi əməliyyatların yerlərinin göstərildiyi fotonu da paylaşıb.