Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) tərəfindən "22 May - Beynəlxalq biomüxtəliflik günü ilə bağlı məktəblilərin respublika ekoloji tədbiri keçirilib.
Nazirlikdən unikal.org-a verilən məlumata görə, ETSN və RUGİM-in mütəxəssisləri tərəfindən hazırlanmış tədbir üçün xüsusi məlumatlandırıcı vərəqlər hazırlanıb və açıq dərslər keçirilib.
"Mənim bağçamın biomüxtəlifliyi üzrə məktəblilərə sorğu vərəqləri təqdim olunub, bu vərəqlərdə şagirdlər məktəbin yaxınlağındakı park və meşə ərazilərində müşahidələr aparıb, sorğu vərəqlərində qeyd olunan ağac, bitki, heyvan və həşaratların ümumi növ və sayını müəyyənləşdirərək verilmiş düstura əsasən biomüxtəliflik əmsalını hesablayıblar.
"Tap görüm sorğu vərəqinə əsasən isə məktəblilər verilmiş cədvəl üzrə biomüxtəliflik mövzusunu əhatə edən sualları ekoloji biliklərinə uyğun olaraq cavablandırıb və ekosistemdə gördükləri bəzi orqanizmlərdən istifadə edərək qida zənciri yaradıblar.
Sorğu vərəqlərini RUGİM-in 2300 ekoklub üzvü və 58 rayon UGİM-lərinin üzvləri doldurub.