Avqustun 4-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə telefonla danışıb.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsindən "Unikal"a bildirilib ki, ikitərəfli münasibətlərin vəziyyəti və perspektivləri, eləcə də regional və qlobal proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Yaxın Şərqdəki vəziyyətə, xüsusilə Qəzza zolağındakı ağır humanitar vəziyyətə xüsusi diqqət yetirilib.

Prezident Ərdoğan Böyük Britaniyanın baş nazirinin diqqətini Türkiyədən Fələstinə humanitar yüklərin çatdırılmasına, eləcə də Ankaranın bölgədə atəşkəsin təmin edilməsinə dair vasitəçilik səylərinə yönəldib.

Türkiyə lideri Fələstin-İsrail münaqişəsinin “iki xalq üçün iki dövlət” prinsipi əsasında həllinin əhəmiyyətini vurğulayıb.