Eldar Əzizovun bəslədiyi iş adamı
Eldar Əzizovun bəslədiyi iş adamı
Fərman Muradov digər iş adamlarını sıradan çıxartmağa çalışır

Sumqayıt şəhər icra hakimiyyəti başçısının dəyişdirilməsindən və bu posta Gəncənin keçmiş icra başçısı Eldar Əzizov gətiriləndən sonra Sumqayıtda iş adamlarının qara günləri başladı. Yeni başçı öncə abadlıq bəhanəsi ilə iş adamlarını özünə tabe etdirdi,daha sonra isə şəhərdə nüfuzu olin sahibkarları müflis hala saldırdı. Amma bunların arasından elələri də çıxdı ki, sərvətlərini daha da artıra bildilər.
Bunlardan biri də iş adamı, əsasən qapı və pəncərə düzəltmə işlərinə baxan Fərman Muradovdur. Yeni başçı ilə yüksək səviyyədə əlaqələr qurmağı bacaran iş adamı Sumqayıtda böyük torpaq sahələrinə sahiblənməklə yanaşı həm də restoran biznesində nüfuz sahibi olub. Yaxın çevrəsində Sumqayıtın icra başçısı Eldar Əzizova hər ay maliyyə ayırdığını deyən iş adamı, həm də bəzi biznes məsələlərində onunla şərik olduğunu söyləyib. Mənbə bildirir ki, həqiqətən də iş adamı Fərman Muradova Eldar Əzizovun yanaşması fərqlidir və oda bundan bəhrələnərək demək olar ki, istədiyi məsələyə əl qoya bilir. Mənbənin söylədiyinə görə Fərman Muradov məhz Eldar Əzizovun tapşırığından sonra Sumqayıtda bir sıra torpaq sahələri Fərman Muradova verilib və hazırda iş adamı tikinti sektorunda da fəaliyyətini genişləndirməkdədir. İş adamı yaxın çevrəsinə bildirib ki, Eldar Əzizova görüm-baxım edəndən sonra şəhərdə ki, büdcə təşkilatları təmir işlərini həyata keçirəndə də onlarla əməkdaşlıq edəcək. Ən azından qapı və pəncərələrin sifarişi onlara veriləcək. Mənbə bildirir ki, Fərman Muradov bununla kifayətlənmək fikrində deyil. O həmçinin digər iş adamlarını da sıradan çıxarıb,biznes sahəsini genişləndirməyə çalışır. Hazırda əsas məqsədi şəhərin mərkəzində olan ticarət mərkəzlərinə sahiblənməkdir.
İnformasiya şöbəsi