Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Xətai Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Nərimanov rayonunda baş verib. 1983-cü il təvəllüdlü X.Məmmədov qonşusu Niyaməddin Rüstəmovu bıçaqlayıb.
Hadisəyə səbəb maşın saxlamaq üstündə yaranmış mübahisə olub.
X.Məmmədov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, X.Məmmədov 1999-cu ildə cüdo üzrə Polşada keçirilən Avropa çempionatının qalibi olub.