Sumqayıt şəhərində qətl hadisəsi baş verib. Belə ki, hadisə Mehdi Hüseynzadə adına stadionun yaxınlığında olub.

Unikal.org-un məlumatına görə, xeberle.com-a istinadən verdiyi Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlu öz işçisi tərəfindən bıçaqlanıb.

O, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Xeberle.com-a hadisənin bəzi təfərrüatları məlum olub. Məlumata görə, mərhum Vüqar Quliyevin Sumqayıtda gül biznesi ilə məşğul imiş və onun şəhərin bir neçə yerində gül dükanı var. O, Sumqayıtda "Gül Vüqar kimi tanınırdı.

Hadisəyə gəldikdə isə V.Quliyevi keçmiş işçisi qətlə yetirib. Həmin şəxs bir müddət əvvəl işdən çıxarılıbmış. Axşam saatlarında dükana gələn şəxs ona kürək nahiyəsindən bıçaqla zərbələr endirib. Qətli törədən şəxsin psixi problemlərinin olduğu deyilir.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

12:01

Sumqayıt şəhərində qətl törədilib. 

Unikal.org xəbər verir ki, Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, meyvə-tərəvəz dükanında satıcı işləyən Vüsal Novruzov oranın sahibi, 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlunu bıçaqlayaraq öldürüb.

Hadisənin mübahisə zəıminində törədildiyi bildirilir və V.Novruzov tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, qətlə yetirilən iş adamı Sumqayıtda "Hacı Vüqar" adı ilə tanınıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.