Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməyə təhrik etməkdə və dələduzluqda təqsirləndirilən Seymur Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
O, S. Əhmədovun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses mayın 30-da davam etdiriləcək.
İttihama görə, təqsirləndirilən şəxs BP şirkətinə sürücü kimi işə düzəltmək adı ilə 6 nəfər zərərçəkmiş şəxsə ümumilikdə 59 min manat məbləğində ziyan vurub.
Həbs edilən S. Əhmədov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.