Cəlilabad rayonunda dörd gün əvvəl yol qəzasında xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib.
Unikal.org "Reporta istinadən xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, Hüseyn Kəmaləddin oğlu Həsənovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, mayın 22-də Cəlilabad şəhərinin Mehdi Hüseynzadə küçəsində "VAZ-2106 markalı avtomobilin maneyə çırpılması nəticəsində Mehdi Arzu oğlu Abdullazadə və Hüseyn Kamaləddin oğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdilər.
Faktla bağlı araşdırma aparılır.