Ağsu rayonunda bədbəxt hadisə baş verib.
Unikal.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, mayın 28-də Ağsu rayonunun Bico kəndində yaşayan Bəyalı İmamalıyevin evində azyaşlı oğlu Murad tüfənglə oynayarkən açılmış atəşdən anası Samirə boyun nahiyəsindən xəsarət alıb. Qadın hadisə yerində ölüb.
Ağsu RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən B.İmamalıyevə məxsus müvafiq sənədləri olan "MR-155 markalı ov tüfəngi, 4 ədəd patron və 1 giliz aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Araşdırma aparılır.