Gəncədə yolu keçmək istəyən piyadanı avtomobil vurub.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verib. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 20-24 yaşlarında olan Musa adlı gənci vurub. Yaralı xəstəxanaya aparılanda yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.