Qazax rayon sakini silah satmaq istəyərkən saxlanılıb.

DİN-dən Unikal.org-a verilən məlumata görə, Qazax rayon sakinində odlu silah olması və onu satmaq üçün Ağstafa rayonuna aparması barədə polisə məlumat daxil olub.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini İlham Nəsibovun Ağstafa rayonu istiqamətində hərəkətdə olduğu müəyyən olunaraq o, saxlanılıb. Vətəndaşa məxsus idman çantasına hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman oradan 1 ədəd "AKC74Y tipli avtomat, 22 ədəd 5.45 kalibrli patron və həmin avtomata aid bir ədəd sandıq aşkar edilib. Götürülmüş maddi sübutlar polis əməkdaşları tərəfindən ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı İlham Nəsibov odlu silahı meşədən tapdığını, Ağstafa rayonuna satmaq üçün apardığını qeyd edib.

Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.