Gəncədə bıçaqlanma olub. 

Unikal.org APA-ya istinadən xəbər verir ki, şəhər sakini 1983-cü il təvəllüdlü Seymur Quluzadə bədənin müxtəlif hissələrinin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də vəziyyəti ağır olduöu üçün paytaxtda olan tibb ocaqlarının birinə göndərilib. İlkin məlumata görə, S. Quluzadə münaqişə zəminində qaynı tərəfindən bıçaqlanıb. 


Faktla bağlı araşdırma aparılır.