Səudiyyə Ərəbistanı tarixində ilk dəfə Mədəniyyət Nazirliyi yaradılıb.

Unikal.org  TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmi mətbu orqanı olan "Səudiyyə Çap Agentliyi" (SAP) məlumat yayıb.

Bildirilir ki, kral Salman bin Əbdül Əziz Əl Səud Mədəniyyət və İnformasiya Nazirliyinin fəaliyyətinin dayandırılması və iki müstəqil nazirliyin yaradılması barədə fərman imzalayıb.

Səudiyyə kralı şahzadə Bədra bin Abdal bin Fərhan Əl Səudu mədəniyyət naziri təyin edib. Bu şəxs varis şahzadə Məhəmməd bin Salmanın tərəfdarlarından biridir. Onlar hər ikisi eyni universiteti bitiriblər. O, bu vaxta qədər Əl-Ul regionunun inkişafı üzrə kral komissiyasına rəhbərlik edib.