Dörd növ narkotik vasitə satmaq istəyən şəxs saxlanılıb.
Unikal.org DİN-ə istinadən verdiyi xəbərə görə, iyunun 2-də Yardımlı-Masallı yolunun 39-cu kilometrliyində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini Qadir Əliyev saxlanılıb. Onun əlindəki torbadan ümumilikdə 11 kiloqramdan artıq müxəlif növ narkotik vasitə - 4 kiloqram 64,2 qram heroin, 6 kiloqram 23,3 qram tiryək, 943,7 qram həşiş qətranı, 76,25 qram psixatrop maddə olan metamfetamin və digər həblər aşkar edilərək götürülüb.
Faktla bağlı Yardımlı Rayon Polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.