Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı hələ ki, 33 nəfər təşkil edir.

Unikal.org RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət Nəticələrinin Azaldılması üzrə Milli Xidmətinin son rəsmi məlumatlarına istinadən "Prensa Libre" portalı yazıb.

Bundan əvvəl bələdiyyə xilasetmə xidməti 56 nəfərin meyitinin aşkar edildiyini xəbər vermişdi.

Milli Xidmətin son məlumatlarına görə, təbii fəlakət zamanı 46 nəfər yaralanıb, 3,26 min insan təxliyyə edilib, 1,68 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib, ümumilikdə isə vulkanın zərəri 1,7 milyon insana təsir edib.