Avropa diplomatiyasının rəhbəri Federika Moqerini Azərbacyan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara başlayıb.
Unikal.org-un ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə nümayəndə heyətlərindəki mənbə TASS agentliyinə bildirib.
"İki ölkənin prezidentlərinin ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin xarici işlər nazirləri ilə danışıqlarındən əvvəl Moqerini Əliyev və Sarkisyanla görüşür", - mənbə bildirib.
***
Azərbaycan və Ermənistan prezidentləri ABŞ dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov və Fransa xarici işlər naziri Jan-Mark Eyronun iştirakı ilə az sonra görüşəcək.
Bu barədə amerikalı həmsədr Ceyms Uorlik "Azadlıq" radiosunun rus xidmətinə bildirib.
"Con Kerri, Sergey Lavrov və Jan-Mark Eyro prezidentlər İlham Əliyev və Serj Sarkisyanla bir otaqda olacaqlar, danışıqlar aparacaqlar"-Uorlik bildirib.