Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən, müsəlmənların müqəddəs saydığı Kəbədə intihar hadisəsi baş verib.

Unikal.org lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə Daily Sabah məlumat yayıb.

Qeyd olunur ki, bir nəfər gecə namazından sonra özünü üçüncü mərtəbədən aşağı atıb.

Məlumata görə, vəfat edən şəxs İslamı yenicə qəbul etmiş 26 yaşlı fransız olub.