Bir neçə gün əvvəl Bakıda sevgilisi tərəfindən öldürülən Qazaxıstan vətəndaşı, 1985-ci il təvəllüdlü Atsubayeva Aygül Almaz qızının meyiti vətəninə göndərilib.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Oğuz rayon sakini, 3 uşaq atası, 29 yaşlı Yusifov Yolçu Adışirin oğlu tərəfindən öldürülərək Pirşağı qəsəbəsində qamışlığa atılan A.Atsubayevanın meyiti dünən yaxınlarının iştirakı ilə Qazaxıstana göndərilib.

Qeyd edək ki, A.Atsubayevanın yaxınları "Xəzər telekanalında Xoşqədəm Hidaytətqızının verilişinə çıxandan sonra Yolçu Yusifov da həmin verilişə dəvət edilib vəı orada çıxış. Edib. Özünü şübhəli aparan Yolçu Yusifov daha sonra Hava Nəqliyyatında Polis İdarəsinə dəvət edilib və orada ifadə verib. Cinayətinin üstü açılan gənc oğlan idarənin pəncərəsindən özünü ataraq intihar edib. Artıq faktla bağlı bir nəfər saxlanılıb. Belə ki, Y.Yusifovun qayını, 1984-cü il təvəllüdlü Famil Osmanov Cinayət Məcəlləsinin 307-ci (cinayət barəsində xəbər verməmə) maddəsi ilə şübhəli bilinərək saxlanılıb.

Bildirilir ki, 3 uşaq atası olan Y.Yolçuyev qazaxıstanlı qızla internetdə tanış olub və daha sonra onunla görüşmək üçün Qazaxıstana gedib. Onlar Azərbaycana bir yerdə gəliblər. Aeroportdan çıxandan sonra 29 yaşlı Yolçu taksi ilə Ayqul Atsubayevanı Pirşağı qəsəbəsinə gətirib. O, qızı aldadaraq burada qalacaqlarını deyib. Lakin qamışlıq sahəyə çatan kimi 34 yaşlı Ayqulu boğaraq öldürüb.

Qətl törədən Y.Yolçuyev daha sonra qaynının evinə gedib və belə bir cinayət törətdiyini deyib. Famil Osmanovun dediyinə görə, yeznəsinin belə bir hərəkət edəcəyinə inanmayıb və buna görə polisə məlumat verməyib.

Bildirilir ki, öldürülən qadın hamilə olub.