"Cənub Qaz Dəhlizinin gələcəkdə maliyyələşməsi ilə bağlı heç bir problemimiz yoxdur.
Unikal.org xəbər verir ki, bunu APA-nın Türkiyə müxbirinin sualını cavablandıran SOCAR prezidenti Rövnəq Abdullayev deyib.
İqtisadi cəhətdən Cənub Qaz Dəhlizini böyük layihə adlandıran R.Abdullayev bildirib ki, dünyada nüfuzlu bəzi banklar və maliyyə təşkilatları bu layihənin maliyyələşməsində iştirak edir.
"İndi artıq maliyyələşmə başa çatıb və mən deyərdim ki, təklif çoxdur və hələ istifadə etmədiyimiz əlavə böyük maliyyə dəstəyi portfelləri qalmaqdadır, - deyə R.Abdullayev vurğulayıb.