Mingəçevir sakinin meyiti Goranboyda tapılıb.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə Mingəçevir sakini 1969-cu il təvəllüdlü Əmirəliyev Tofiq Həsən oğlunun meyiti Goranboy rayonunun Todan kəndi ərazisində aşkarlanıb.
İlkin məlumata görə T. Əmirəliyev Mingəçevirdən Todan kəndinə arı saxlamaq üçün gedibmiş. O, su arxının kənarı ilə gedəndə yıxılaraq başı daşa dəyib və ölüb.
Faktla bağlı Xocalı rayon Prokuroluğunda araşdırma aparılır.