Müğənni Filip Kirkorov Moldoviyanın xalq artisti adına layiq görülüb.

Unikal.org rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə rəhbəri İqor Dodon sərəncam imzalayıb.

İ.Dodon ötən gün Moldoviyaya gələn Filiplə görüşüb və onu təbrik edib. Kirkorov da öz növbəsində prezidentə təşəkkürünü bildirib.