Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri uçuşlar keçirir.
Bu barədə unikal.org-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
***
10:15
Bu gün səhər Bakı səmasında çoxlu qırıcı təyyarələri görünüb. Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradının məşqləri keçirilir.
Unikal.org-un məlumatına görə, bu gün səhər saatlarında helikopter və təyyarələr parada hazırlıq məqsədilə Bakı buxtası üzərlərində uçuşlar həyata keçirib.
Parad Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun 100 iliyi münasibətilə iyunun 26-da Bakının "Azadlıq" meydanında keçiriləcək.