"Azərbaycanda gömrük qanunvericiliyi təkmilləşdiriləcək.
Unikal.org-un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin Hüquqi təminat şöbəsinin rəisi Sənan Muxtarov bildirib.
Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi gömrük qanunvericiliyinə yeni düzəlişlər üzərində işləyir. O bildirib ki, təkliflər hələlik müzakirə mərhələsindədir: "Təkliflərin sistemləşdirilməsindən sonra baxılması üçün gömrük rəhbərliyinə göndəriləcək.
S. Muxtarov qeyd edib ki, qanunvericiliyin təkmilləşdirilməsi gömrük sənədləşməsində sənədlərin azalmasına, gömrük prosedurlarının və gömrükdən keçid vaxtının azalmasına və sadələşdirilməsinə səbəb olacaq.