Bakı Nəqliyyat Agentliyi İdarə Heyəti sədrinə müavinlər təyin edilib.

Unikal.org-un məlumatına görə, bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən Fərid Nuriyev və Elçin Mustafayev Bakı Nəqliyyat Agentliyi İdarə Heyəti sədrinin müavinləri təyin ediliblər.