Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu gün uçot dərəcəsinin 11%-dən 10%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin isə +/- 2% səviyyəsində olması barədə qərar qəbul edib.
Unikal.org-un məlumatına görə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib ki, faiz dəhlizinin parametrləri haqda qərar qəbul edilərkən ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin iqtisadi sabitliyə müsbət təsiri nəzər alınıb.
Xatırladaq ki, aprelin 9-da Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 13%-dən 11%-ə, faiz dəhlizinin yuxarı həddinin 14%, aşağı həddinin isə 8% səviyyəsində olması barədə qərar qəbul edib.