Gürcüstan-Azərbaycan sərhədindəki "Qırmızı körpü nəzarət-buraxılış məntəqəsindən Gürcüstan-Türkiyə sərhədindəki "Sarpi nəzarət-buraxılış məntəqəsinədək məsafə 4 saatadək azalacaq.
Unikal.org-un trend-ə istinadən məlıumatına görə, Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi ölkənin qərbi ilə şərqini əlaqələndirən Rikot aşırımında yol tikintisi üçün tender elan edib.
Qeyd olunur ki, bu layihə üçün ümumilikdə 2 milyard dollara yaxın vəsait sərf olunacaq.
Nazirlik rəsmisi bildirib ki, infrastruktur layihələri nəticəsində "Qırmızı körpüdən "Sarpiyədək olan yol 7-8 saatdan 4-4,5 saatadək azalacaq.