Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb.

Unikal.org-un məlumatına görə, Təzə Pir məscidində qılınan namaza Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə və ailə üzvləri də qatılıb.

Bundan əvvəl isə Əjdərbəy məscidində bayram namazı qılınıb. Təzəpir və digər məscidlərdə qılınan bayram namazına yüzlərlə dindar qatılıb.