Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev öz ərizəsi ilə işdən çıxarılıb.
Unikal.org "Qafqazinfoya istinadən xəbər vesrir ki, onun yerinə Ələddin Eyvazov təyin olunub.
Qeyd edək ki, Ə. Eyvazov nazirin müvafiq əmri ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunmuşdu.
C. Quliyev dünən İmişli rayonunda pambıq tarlasında işləyən 50-yə yaxın fəhlənin zəhərlənməsi faktına görə işdən çıxarılıb.