"Ayaz Mütəllibova şamil olunan qanun icra edilib"
12:26 30-08-2012
CƏMİYYƏT
"Ayaz Mütəllibova şamil olunan qanun icra edilib"
"Onun Bakıda qalmağından heç bir narazılığı, şikayəti yoxdur, öz həyatından razıdır"
Dövlət başçısı İlham Əliyevin iki ay öncə imzaladığı eks-prezidentlər haqqında qanunun keçmiş prezident Ayaz Mütəllibova aid bütün şərtləri icra olunub. Bu barədə açıqlmamasında Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə məlumat verib.
"Mənə elə gəlir ki, Ayaz bəyin heç bir problemi və ehtiyacı yoxdur. Ayaz Mütəllibovla mütəmadi olaraq əlaqə saxlayıram. Onun Bakıda qalmağından heç bir narazılığı, şikayəti yoxdur. Öz həyatından razıdır. Ona şamil edilən bütün qanunlar yerinə yetirilib. Təbii ki, eks-prezidentlər haqqında qanun icra olunmasaydı, deyərdik ki, flan şeyi eləməyiblər. Ayaz Mütəllibov hər şeydən razıdır, çox sağ olsunlar. Mən belə məsələlərə qarışa bilmərəm. Mən yenə deyirəm ki, əgər qanun icra olunmasaydı, yəqin ki, şikayəti olardı. Sözügedən qanun icra olunub", - deyə A.Əlizadə bildirib.
Qeyd edək ki, bir neçə ay öncə təsdiqlənən "Azərbaycan Respublikasının keçmiş prezidentin və onun ailə üzvlərinin təminatı haqqında" Konstitusiya Qanununu əvvəllər prezident olmuş şəxsin və onun ailə üzvlərinin təminat qaydalarını müəyyən edir. Qanuna görə, keçmiş prezident hazırda prezident olan şəxsin aylıq əməkhaqqının 50 faizi qədər aylıq pensiya almalıdır. Keçmiş prezidentə üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü, bir avtomobil verilir.
Keçmiş prezident və onun həyat yoldaşı baş prokurorunun icazəsi olmadan (cinayət başında yaxalanma hallarından başqa) cinayət məsuliyyətinə cəlb edilə, tutula bilməz.
Xatırladaq ki, eks-prezidentlərdən yeganə sağ olan Ayaz Mütəllibov 20 illik mühacirətdən sonra bul iyulun 7-də Bakıya qayıdıb.
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49