Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 4-cü mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd elektrik sayğacı və 8 p.m elektrik kabeli yanıb.

Unikal.org-un  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini xilas edilib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.