Mayın 17-də cəbhə bölgəsində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Milli Ordunun əsgəri, 19 yaşlı Natiq Namiq oğlu Tahirli doğulduğu Lerik rayonunun Almu kəndində son mənzilə yola salınıb.

Unikal.org AZƏRTAC-a istinadən xəbər verir ki, dəfn mərasimində rayonun icra strukturlarının və hüquq mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, "N" saylı hərbi hissənin əsgər və zabitləri, ictimaiyyətin nümayəndələri, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər.

Mərasimdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə və başqaları şəhid Natiq Tahirlinin Vətən uğrunda canından keçdiyini, əbədiyyətə qovuşduğunu, adının həmişə ürəklərdə yayacağını bildirərək onun ailəsinə dərin hüznlə başsağlığı veriblər.

Şəhidin əmisi Kamil Tahirov qardaşı oğlunun torpaqlarımızın müdafiəsi zamanı şəhid olmasından ailə üzvlərinin qürur duyduğunu bildirib.

Natiq Tahirlinin cənazəsi yaylım atəşləri altında son mənzilə yola salınıb. Onun tabutu üzərindəki üçrəngli Azərbaycan Respublikasının bayrağı atasına təqdim edilib.

19 yaşlı şəhid torpağa tapşırıldı... - Fotolar