Xəbər verdiyimiz kimi, İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.
Unikal.org xəbər verir ki, iclasda "Azərenerji"nin sədri Etibar Pirverdiyev öz məruzəsində Azərbaycan xalqından və Prezidentdən üzr istəyib. O, qəzanı havanın isti olması ilə əlaqədar olaraq istehlakın artması ilə əlaqələndirib. O əlavə edib ki, enerjiyə tələbat 40% artıb. Priverdiyevin bu sözü Prezident İlham Əliyevi qəzəbləndirib.Prezident "Azərenerji"nin sədrinə iradını bildirib:
"İsti havaların artması ilə əlaqədar olaraq istehlakın artması qəzanın səbəbi ola bilməz. Bizdən də isti ölkələr var. Onlarda belə qəzalar baş vermir. Baş verəndə də ölkələrin enerji sistemi çökmür. Yenə deyirəm qəza baş verə bilər. Qəzanın da fəsadlarının aradan qaldırılması işləri aparılmalıdır və aparılır. Ancaq bir qəzaya görə, bütün ölkənin enerji sisteminin çökməsi böyük səhvdir. Bizim kifayət qədər enerji gücümüz var. Giriş çıxışımda bunu qeyd etdim. Təkcə 15 il ərzində 2500 meqavat gücündə elektrik stansiyaları yaradılmışdır. Biz indi xarici ölkələrə elektrik enerjisini ixrac edirik. Ona görə isti havalar ilə bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz. Qəzanın səbəblərini Komissiya araşdıracaq. Siz sadəcə olaraq utanmalısınız. Xalq qarşısında ölkə qarşısında... İnsanlar isti havada əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar. İqtisadiyyata nəzədər ziyan vurmusunuz. Burada deyilən ziyanı hesablasaq ölkəyə nə qədər böyük iqtisadi ziyan dəyib. Bu qədər bu sahəyə investisiya ayırmışam. Dövlət investisiya proqramında hər il bu məqsələ böyük vəsait ayrılır. İndi yeni elektrik stansiyaları tikilir. "Şimal 2" elektrik stansiyası tikilir. 30 stansiya tikilib, son 15 il ərzində. Elə sistem qurulmalı idi ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin. Nə üçün Bakıda və Sumqayıtda, bölgələrdə istifadəyə verilmiş elektrik stansiyaları qəza baş verəndən sonra fəaliyyətini dayandırdı? Bunun səsəbləri var. Onun haqqında danışmalısınız. Bunun izahatını verməlisiniz. Yoxsa mənə məlumat verirsiniz ki, havalar isti keçir, istehlak artır, bu məni qane edə bilməz. Qətiyyən. Əyləşin!