İngiltərənin "Nyukasl klubunun uşaq və gənclər ibarət komandasının sabiq məşqçisi Corc Ormond uşaqlara qarşı seksual zorakılıqda ittiham olunur.

Unikal.org İngiltərə mətbuatına istinadən xəbər verir ki, Ormond 1973-1997-ci illər ərzində 36-dan çox azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edob və təcavüzə məruz qoyub. Məlumata görə, o, uşaqları bu hadisənii danımaması üçün hədə-qorxu gəlib. Ormond uşaqları qorxudub ki, bu barədə kiməsə məlumat verəcəkləri təqdirdə  futbolçu karyeraları heç vaxt alınmayacaq.

Artıq məhkəmə araşdırmaları yekunlaşıb.

Məlumata görə, Ormondun günahı sübuta yetirilib. Məhkəmə bir həftə ərzində hökm çıxarmalıdır.