Paytaxtın Binəqədi rayonunda intihara cəhd hadisəsi baş verib.

Unikal.org Report-a istinadən xəbər verir ki, Əcəmi Naxçıvani küçəsi, 27 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Xəlilov Taleh Arif oğlu bıçaqla qarın nahiyəsinə zərbə endirib.

Yaralı qarının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları intihara cəhdin səbəblərini araşdırır.