FİFA Rusiyada təşkil olunmuş dünya çempionatında mübarizə aparan Xorvatiya yığmasını cəzalandırıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə dünya futbol qurumunun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, xorvatlar DÇ-2018-in 1/8 final mərhələsi çərçivəsində qarşılaşdıqları Danimarka ilə oyunda FİFA-nın marketinq qaydalarını pozublar. Xüsusilə komandasının bu oyunda qazandığı uğurda əsas pay sahiblərindən biri olan qapıçı Daniel Subaşiçin nəzərdə tutulmamış geyimdən istifadə etməsi cəzanı qaçılmaz edib. Buna görə Xorvatiya Futbol Federasiyası 70 min İsveçrə frankı məbləğində cərimə olunub.
Xatırladaq ki, əsas vaxtı 1:1 hesabıyla bitən həmin oyunda xorvatlar penalti seriyasında qalib gələrək 1/4 finala vəsiqə qazanıblar. Xorvatiya yığması növbəti mərhələdə mundialın təşkilatçısı Rusiya ilə üz-üzə gələcək. Bu oyun iyulun 7-də Soçidə baş tutacaq.