Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı davam edir.

Unikal.org xəbər verir ki, bu gün DÇ-2018-in ilk yarımfinal oyunu keçiriləcək.

İlk finalçının adına Fransa - Belçika oyununda aydınlıq gələcək. Baxımlı oyun və hücum futbolu sərgiləyən bu komandalardan hansının həlledici oyuna vəsiqə qazanacağı böyük maraqla gözlənilir.

Qeyd edək ki, digər yarımfinal görüşü sabah Xorvatiya və İngiltərə yığmaları arasında keçiriləcək.

DÇ-2018, Yarımfinal

10 iyul

22:00. Fransa - Belçika

Baş hakim: Andres Kunya (Uruqvay).

Sankt-Peterburq. "Sankt-Peterburq stadionu.

11 iyul

22:00.Xorvatiya - İngiltərə