Los-Ancelesdəki atışmadan sonra öldürülən basketbolçu Teyler Hanikattın anası Liza Steyzel oğlunun polislər tərəfindən öldürüldüyünü iddia edib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ötən mövsümü Rusiyanın "Ximki klubunda keçirən 27 yaşlı basketbolçu mənzilində baş verən atışmadan sonra həyatını itirib. Polis onun intihar etdiyini bildiri. Ancaq oyunçunun anası polisin b u açıqlaması ilə razılşamayıb:
"Teyler polisə atəş açmayıb. O, pəncərədən başını çıxararaq, havaya atəş açıb. Bunu da ona görə edib ki, möhkəm qorxub.
Heç kim onu sakitləşdirməyə cəhd göstərməyib. Evə 30 avtomobil, 3 vertolyot gəlib. Onlar hamısı qorxmuş bir insana qarşı durublar.
Bizim evimiz böyükdür. Mən dəhlizdə, pilləkəndə, tualetdə, yataq otağında qan izləri gördüm. O, özünü vurmayıb. Özünü vuran adam mənzildə qaçmır, elə yerindəcə ölür. Əminəm ki, onu polislər vurub.
Tələb etdim ki, Teylerin cəsədini mənə göstərsinlər. Ancaq imtina etdilər. Mənə deyirlər ki, araşdırma 10 ay çəkəcək. Və mən əmin deyiləm ki, onlar 10 aydan sonra mənə həqiqəti deyəcəklər.
Qeyd edək ki, basketbolçu Hanikatt ötən mövsüm "Ximkidə 33 oyunda meydana çıxıb. Onun klubla müqaviləsi mövsümün sonunda başa çatıb.