"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində yardımını davam etdirəcək".
Unikal.org xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Dağlıq Qarabağ və Naxçıvan məsələsində indiyə qədər əlimizdən gələni əsirgəmədik, problemin üzərinə getdik. Bundan sonra da problemin həllinin üzərinə getməkdə qərarlıyıq. Məlum olduğu kimi Naxçıvanla Türkiyə arasında quru yol əlaqəsi ilə bağlı problemlər həll olunub", deyə dövlət başçısı vurğulayıb.