Bu gün DÇ-2018-də yarımfinal mərhələsinə start verilib.
Unikal.org xəbər verir ki, ilk finalçı Fransa və Belçika yığmaları arasında matçda müəyyənləşib.
Sankt-Peterburqda keçirilən görüşün taleyini 1 qol həll edib. Umtitinin ikinci yarıda vurduğu top Fransanı finala daşıyıb."Üçrənglilər bununla da iyulun 15-də keçiriləcək həlledici qarşılaşmaya vəsiqə əldə edib. Ən azı gümüş medalları təmin edən Fransanın Moskvanın "Lujniki stadionunda keçirilən finaldakı rəqibi sabah bəlli olacaq.
Belçika yığması isə Sankt-Peterburqda qalıb. Onlar iyulun 14-də baş tutacaq bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, sabah keçiriləcək ikinci yarımfinalda Xorvatiya və İngiltərə görüşəcək.