Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərləri - Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş keçirilir.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün "Twitter hesabında yazıb.

Görüşdə ATƏT Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edir.