Bu gün DÇ-2018-də yarımfinal mərhələsinə yekun vurulub.
Unikal.org xəbər verir ki, ikinci finalçı Xorvatiya və İngiltərə arasında matçda müəyyənləşib.Rəqiblər Rusiyanın paytaxtı Moskvada üz-üzə gəlib. 1966-cı ildən sonra 52 ildi çempionluğa həsrət olan İngiltərə millisi yenə kuboka yaxınlaşa bilməyib. Ada təmsilçisi erkən qolla hesabı açmasına baxmayaraq, sonda meydanı məğlub tərk edib. Bununla da Xorvatiya tarixində ilk dəfə adını finala yazdırıb.