FİFA prezidenti Canni İnfantinonun Rusiyada təşkil olunmuş dünya çempionatının yarımfinal mərhələsi çərçivəsində keçirilmiş Fransa - Belçika matçını stadiondan canlı izləməməsinin səbəbi müəyyənləşib.

Unikal.org xəbər verir ki, buna onun dörd qızından ən kiçiyinin xəstəxanalıq olması səbəb olub. Belə ki, kəskin ağrılarla Sankt-Peterburqdakı xəstəxanalardan birinə götürülən uşaq əməliyyat edilib.

Appendisit əməliyyatı uğurla başa çatan İnfantinonun qızının hazırda yaxşı olduğu bildirilir.