Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclası başlayıb.
Unikal.org xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edir.
Toplantıda NATO-ya üzv olan ölkələrin və Alyansın Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyasına töhfə verən ölkələrin dövlət və hökumət başçıları iştirak edirlər.
İclası NATO-nun Baş katibi Yens Stoltenberq açıb.